Yığmamız sonuncu matçına çıxır
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün sonuncu oyununa çıxacaq.
Msport.az xəbər verir ki, yığma Bakıda Farer adaları ilə üz-üzə gələcək.
“Dalğa Arena”dakı qarşılaşma saat 19:00-da başlanacaq.
C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Həmin görüş də eyni vaxtda başlayacaq.
Yığmamız 13 xalla qrup liderliyini ötən turda təmin edib və B Liqasına yüksəlib. Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, xalı olmayan Farer adaları isə sonuncudur.