Yılmaz Vural 41-ci dəfə istefaya göndərildi!
Yılmaz Vural “Sarıyer” klubunun baş məşqçi postundan istefaya göndərilib. Msport.az xəbər verir ki, 72 yaşlı mütəxəssis sentyabrın ortalarında İstanbul klubunun “sükan”ı arxasına keçmişdi.
I Liqada mübarizə aparan “Sarıyer” 4 oyunun 3-də məğlum olub, yalnız birində qalib gəlib.
1987-ci ildən məşqçiliyə başlayan Vural karyerasında 41-ci klubdan ayrılmış oldu.
Qeyd edək ki, təcrübəli məşqçi 32 fərqli komandada işləyib.