Yurgen Klopp Erik ten Haqın MY-yə gəlişindən danışdı
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Erik ten Haqın 2022-ci ilin yayından “Mançester Yunayted”ə baş məşqçi təyin olunmasına münasibət bildirib.
Msport.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın gələcəklə bağlı nə istədiyini bildiyini söyləyib:
“Bu, “Mançester Yunayted”də yeni mərhələnin başlanğıcıdır. Yəqin ki, onlar gələcəkdə nə istədiklərini bilirlər”.
Aprelin 21-də “Mançester Yunayted” Ten Haqla müqavilə imzaladığını açıqlayıb.