featured-image-2701

“Yuventus” “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun transferində maraqlıdır.

Msport.az “Diario Sport”a istinadən xəbər verir ki, Turin klubu bu transferə görə futbolçularından hansısa birini Kataloniya təmsilçisinə göndərmək istəyir. Ancaq “Barsa” niderlandlı futbolunun transferinə görə 70 milyon avro istəyir.

“Qoca sinyora” 2020-ci ildəki kimi dəyişiklik etmək istəyir. Həmin vaxt Miralem Piyaniç “Yuve”dən “Barsa”ya keçmişdi, əvəzində isə Artur əks marşrutla İtaliyaya yollanmışdı.

Lakin “Barselona” bunda maraqlı deyil və 70 milyon avro tələb edir. “Yuventus” Duşan Vlahoviçin keçidinə çox pul xərclədiyindən indi bu qədər xərcə düşməyə hazır deyil.

Həm də de Yonqun Kataloniya klubunda əməkhaqqısı yüksəkdir. Yarımmüdafiəçi ildə 7 milyon avrodan bir qədər çox qazanır.

Bənzər xəbərlər