“Yuve” “Tottenhem”in qapıçısı ilə anlaşdı
“Yuventus” “Tottenhem”in qapıçısı Qilyermo Vikarionu transfer edib.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İtaliyalı qolkiper yeni komandasında icarə əsasında çıxış edəcək.
29 yaşlı futbolçu artıq bu gün London klubundan ayrılacaq.
Vikario “Tottenhem”ə 2023-cü ildən “Empoli”dən 18 milyon avroya transfer olunmuşdu. O, ötən mövsüm 43 oyunda meydana çıxıb.







