featured-image-14581

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri ən azı 2022-ci ilin sonuna qədər istefaya göndərilməyəcək.

Msport.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Həmkarlarımızın yazdığına görə, baş məşqçi və rəhbərlik bu mövsüm əksər futbolçuların imkanlarından aşağı səviyyədə çıxış etməsi il bağlı məsələdə həmrəydirlər.

Bundan başqa, “Makkabi Hayfa” ilə Çempionlar Liqasının növbəti görüşü Turin klubunun nətəcələri baxımından böyük önəm kəsb edir.

“Yuve” rəhbərliyi Alleqrini yüksək kompensasiya səbəbindən oktyabr və ya noyabrda istefaya göndərmək istəmir. Alleqri öz postunda qalmaq üçün A seriyasında və Çempionlar Liqasında vəziyyəti düzəltməlidir.

“Yuventus” 9 turdan sonra 13 xalla A seriyasında 8-ci yeri tutur. “Qoca Sinyora” ötən tur “Milan”a 0:2 hesabı ilə uduzmuşdu.

Turin təmsilçisi Çempionlar Liqasında isə PSJ və “Benfika”dan geri qalaraq qrupda 3-cü saradadır.

Bənzər xəbərlər