featured-image-78981

“Yuventus” qapıçı transferi üçün Yan Oblak variantını nəzərdən keçirir.

Msport.az xəbər verir ki, Turin təmsilçisi sloveniyalı qolkiperə ciddi maraq göstərir.

“Yuventus” “Aston Villa”nın qapıçısı Emiliano Martinesin transferi baş tutmazsa, “Atletiko”nun qapıçısı Oblaka yönələcək.

Qeyd edək ki, 33 yaşlı qolkiper 2014-cü ildən Madrid klubunda çıxış edir və müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Bənzər xəbərlər