featured-image-5913

İtaliyanın “Yuventus” klubu müdafiəçisi Mattia De Şilyo ilə yeni müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yeni müqavilənin müddəti 2025-ci ilin iyun ayına qədərdir.

De Şilyo 2017-ci ildə “Milan”dan “Yuventus”a gəlib.

Bənzər xəbərlər