"Yuventus" Kolumbiya millisinin üzvünü transfer etdi - RƏSMİ
“Yuventus” Kolumbiya millisinin müdafiəçisi Con Lukumi ilə anlaşıb.
Msport.az xəbər veirr ki, Turin klubu 28 yaşlı futbolçunu “Bolonya”dan transfer edib.
Lukumi 2018-ci ildə Avropaya – Belçikanın “Genk” klubuna gəlib.
2022-ci ildən “Bolonya”da çıxış edən müdafiəçi ümumilikdə, 152 oyun keçirib.
Lukumi dünya çempionatında Kolumbiya yığmasının heyətində 5 oyunda meydana çıxıb.







