“Yuventus” kolumbiyalı müdafiəçi alır
“Yuventus” Kolumbiya millisinin futbolçusu Con Lukumini transfer edir.
Msport.az xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı müdafiəçinin keçidi üçün “Bolonya” ilə anlaşıb.
“Yuventus” cənubi amerikalı oyunçuya görə 20 milyon avro ödəyəcək. Futbolçu həftəsonu tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Con Lukumi 2022-ci ildən “Bolonya”da çıxış edir.







