“Yuventus” milli üzvü ilə danışıq aparır
İngiltərə millisinin mərkəz müdafiəçisi Con Stounz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, 32 yaşlı futbolçunun transferində Turin təmsilçisi “Yuventus” maraqlıdır.
“Qoca sinyora” artıq Stounzun mümkün keçidi ilə bağlı danışıqlara start verib. Bundan əvvəl mətbuatda təcrübəli müdafiəçi ilə Milan “İnter”inin də maraqlandığı barədə xəbərlər yayılmışdı.
Con Stounz 2016-cı ildən “Mançester Siti”nin formasını geyinirdi. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatıb və futbolçu hazırda azad agent statusundadır.







