featured-image-70830

İtaliya A seriyasında 7-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, “Yuventus” səfərdə “Komo”nun qonağı olub.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Komo”nun heyətində 4-cü dəqiqədə Mark-Oliver Kempf və 79-da Nikolas Pas fərqlənib.

Bu, Turin klubunun cari mövsümdə ilk məğlubiyyəti olub. “Yuve” 12 xalla turnir cədvəlində 6-cı yeri tutur.

“Qoca sinyora” A seriyasında artıq 4 oyundur ki, qələbə qazana bilmir.

Bənzər xəbərlər