“Yuventus” müdafiəçi alır
“Yuventus” növbəti transferini reallaşdırmağa yaxındır.
Msport.az xəbər verir ki, “Bolonya”nın mərkəz müdafiəçisi Con Lukumi Turin klubuna keçməyə razılıq verib.
28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Lukuminin “Yuventus”dakı illik qazancı 2,5 milyon avro təşkil edəcək. Keçidin reallaşması üçün “Qoca Sinyora” “Bolonya” ilə də razılığa gəlməlidir.
Qeyd edək ki, Lukumi ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 43 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.







