featured-image-7608

“Bayern Münhen”in sabiq futbolçusu Kənan Yıldız “Yuventus”a keçməyə yaxındır. Msport.az xəbər verir ki, bu barədə məlymatı insayder Fabritsio Romano yayıb.

17 yaşlı futbolçunu “Barselona” da transfer etmək istəyirdi. Lakin Turin klubu daha cəld tərpənib. Ötən mövsüm Yldız “Bayern Münhen”in U-17 və U-19 komandalarında çıxış edib. O, Almaniya klubunu azad agent kimi tərk edib.

Qeyd edək ki, Kənan Türkiyənin 17 yaşlılardan ibarət milli komandasının üzvüdür.

Bənzər xəbərlər