featured-image-81041

“Fiorentina” “Yuventus”un futbolçusu Joao Marionu heyətinə qatıb.

Msport.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı portuqaliyalı müdafiəçi 2026/2027-ci il mövsümünün sonunadək icarə əsasında “bənövşəyilər”də çıxış edəcək.

Joau Mariu 2025-ci ilin yayında Portuqaliyanın “Portu” kollektivindən “Yuventus”a transfer olunub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Bolonya”da keçirib. Müdafiəçi bu komandanın heyətində 15 oyunda meydana çıxıb və 2 qol vurub.

Bənzər xəbərlər