featured-image-82870

“Yuventus”un hücumçusu Randal Kolo-Muani sağ əlindən aldığı zədə səbəbindən əməliyyat olunub.

Msport.az xəbər verir ki, fransalı futbolçu sentyabrın 20-də A Seriyasının beşinci turunda “Atalanta” ilə keçirilən matçda (2:0) zədələnib.

Kolo-Muani qarşılaşmanın ilk hissəsində sağ əlinin beşinci barmağından xəsarət alıb. Oyundan sonra aparılan müayinə zamanı proksimal falanqanın sınığı aşkarlanıb. Bu səbəbdən futbolçuya osteosintez əməliyyatı keçirilib.

Əməliyyat “Yuventus”un tibb məntəqəsində həkim Loris Pegoli tərəfindən həyata keçirilib və uğurla başa çatıb.

Bənzər xəbərlər