“Zaman Mutunun uğursuz seçim olduğunu göstərdi” - Stankoviç
“Mutunun göndərilməsi normaldır. Çünki “Neftçi” onun rəhbərliyi altında çox zəif çıxış edirdi”.
Bu sözləri Msport.az saytına açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Voislav Stankoviç deyib.
Cari mövsümün əvvəlində “ağ-qaralar”dan ayrılan serbiyalı müdafiəçi Adrian Mutunun “ağ-qaralar”dan gedişini şəh edib: “Neftçi” bu mövsüm yaxşı futbol sərgiləmir. Komandanın çıxışı Mutunun uğursuz seçim olduğunu üzə çıxardı”.
O, Miodraq Bijoviçin paytaxt klubunun yeni baş məşqçisi təyin olunmasına da toxunub: “Düşünürəm ki, yeni çalışdırıcı komandaya kömək etməlidir. Çünki o, böyük təcrübəyə malikdir və iddialı klublarda çalışıb. Amma yenə də seçimin düzgün olub-olmadığını zaman göstərəcək”.
Stankoviç yayda “Neftçi”dən öz istəyilə ayrıldığını vurğulayıb: “Heç kim deyə bilməz ki, “Neftçi”də qalmağımı Mutu istəmədi. Çünki əvvəl mən getdim, sonra o gəldi. Ondan sonra klubdan heç kimlə əlaqəm olmadı”.
Qeyd edək ki, “Neftçi” Bojoviçlə 6 ay + 1 illik müqavilə imzalayıb.







