featured-image-2434

Mövsümün ən böyük sürprizlərindən biri “Ayntraxt” komandasıdır. “Barselona”nı Avropa Liqasından kənarlaşdırmaqla qitəyə səs salan Frankfurt komandası dünən “Vest Hem”i məğlub etməklə tarixində 3-cü dəfə avrokubok finalı yaşamağın astanasındadır.

Bu uğurun memarı yalnız bu mövsümöncəsi komandanın sükanı arxasına keçən avstriyalı məşqçi Oliver Qlasnerdir. O, ötən mövsüm “Volfsburq”u Çempionlar Liqasına daşısa da, rəhbərliklə yaşadığı konflikt nəticəsində komandanı tərk etməli oldu və ən nüfuzlu klub turnirində debüt edə bilmədi. Növbəti mövsüm bunu etmək üçün əlində gözəl şans var.

Qlasnerin futbolçu karyerası o qədər zəngin olmayıb. O, 15 ildən çox doğma “Rid” komandasının şərəfini qoruyub. Bu müddət ərzində o, heç vaxt Avropa Liqasının (UEFA Kubokunun) əsas mərhələsində iştirak etməyib və cəmi 1 dəfə turnirin təsnifat mərhələsində tur adlayıb. Halbuki buna da nail olmaya bilərdi. Əgər Zaur Tağızadə qırmızı vərəqə almasaydı, əgər “Neftçi” daha 5 dəqiqə dözsəydi…

Süleyman Vəliyev

Bənzər xəbərlər