featured-image-77763

PSJ-nin zədəli futbolçuları – Əşrəf Hakimi, Lüka Şevalye və Kenten Ndjantu komanda ilə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu üçün Münhenə yollanacaqlar.

Msport.az xəbər verir ki, adıçəkilən oyunçular komanda yoldaşlarına “Bayern”lə matçda dəstək olmaq üçün səfərə çıxıblar.

Hakimi “Bayern”lə ilk görüşdə zədə alıb. Qapıçı Şevalye isə məşqdə zədələnərək sıradan çxııb. Ndjantu ötən ilin dekabrından meydana çıxmır.

Xatırladaq ki, PSJ ilə “Bayern” arasında Parisdə keçirilmiş iilk oyun meydan sahiblərin 5:4 hesablı qələbəsi ilə başa çatmışdı.

Bənzər xəbərlər