featured-image-78911

“Qalatasaray” və Türkiyə millisinin müdafiəçisi Eren Elmalıya Rusiyadan təklif gəlib.

Msport.az xəbər verir ki, “Zenit” Elmalını transfer etmək istəyir.

Sankt-Peterburq təmsilçisi dünya çempionatından sonra Erenlə müqavilə imzalamaq niyyətindədir. Amma türk futbolçu özü bu barədə qərarını verməyib.

Onun “Qalatasaray”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Kasımpaşa”, “Silivrispor”, “Trabzonspor” klublarında oynayıb.

Bənzər xəbərlər