featured-image-80529

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan Fransa millisinin yeni çalışdırıcısı olub.

Msport.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, 53 yaşlı mütəxəssis artıq Fransa Futbol Federasiyası ilə uzunmüddətli müqavilə imzalayıb.

Tərəflər arasında şifahi razılaşma hələ noyabr ayında əldə olunub və sonradan klublardan gələn təkliflərə baxmayaraq, bu qərar heç vaxt şübhə altına düşməyib. Zidan Fransa millisində Didye Deşamı əvəz edəcək.

Qeyd edək ki, “xoruzlar” DÇ-2026-da dördüncü yeri tutub. Fransa millisinin Zidan rəhbərliyi altında ilk oyunu sentyabrın 25-də Türkiyəyə qarşı keçiriləcək. Komandalar Millətlər Liqası çərçivəsində üz-üzə gələcək.

Bənzər xəbərlər