featured-image-5372

Zinəddin Zidan PSJ-nin baş məşqçi postunda Maurisio Poçettinonu əvəz edəcək.

Msport.az xəbər verir ki, jurnalist Daniel Riolo bu barədə məlumat verib.

Riolo 2020-ci ilin dekabrında Lionel Messinin PSJ-yə keçəcəyini yazmışdı. Bundan başqa, o, apreldə Kilian Mbappenin “Real”a keçməyəcəyini bildirmişdi.

Riolo yaxın günlərdə Poçettinonun istefasının elan olunacağını qeyd edib.

Zidan iki dəfə 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi olub. O, Madrid klubu ilə 11 titul qazanıb.

Bənzər xəbərlər