featured-image-3035

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Graet Zinəddin Zidanın milli komandanın sükanı arxasına keçə biləcəyi xəbərinə münasibət bildirib. Msport.az  “L’Equipe”ə istinadən futbol funksionerinin fikrini təqdim edir:

“Bu gün Zidan Fransa yığmasında Deşamı əvəzləyəcək deyə bilmərəm. Çünkü Zidan PSJ-yə gedə bilər”.

Mövsümün sonunda Paris klubunun baş məşqçisi Mauritsio Poçettinonun istefaya göndərilməsi gözlənilir. Onun yerinə bir neçə mütəxəssisin adı hallansa da, ən real namizəd Zidan hesab olunur.

Zidan ötən il “Real”dan ayrıldıqdan sonra işsizdir.

Bənzər xəbərlər