Zidanın oğlu Əlcəzair millisində
“Qranada”nın qapıçısı Luka Zidan Əlcəzair milli komandasına dəvət olunub. Msport.az xəbər verir kİ, bu barədə yerli futbol federasiyasının rəsmi saytı məlumat yayıb.
Luka Fransa millisinin və “Real”ın əfsanəsi Zinəddin Zidanın oğludur. O, iki həftə əvvəl idman vətəndaşlığını dəyişib.
Əlcəzair yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Somali, 14-də isə Uqanda seçməsi ilə qarşılaşacaq.