featured-image-70318

Zinəddin Zidanın oğlu Luka Zidan Əlcəzair millisinin heyətinə dəvət olunub.

Msport.az xəbər verir ki, 27 yaşlı qapıçı 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Somali və Uqanda yığmaları ilə oyunlar üçün Vladimir Petkoviçin rəhbərlik etdiyi 26 nəfərlik heyətə daxil edilib.

Qarşılaşmalar 9 və 14 oktyabrda baş tutacaq. Luka əvvəllər Fransanın gənclərdən ibarət yığmalarında çıxış edib. Ancaq o, sonradan vətəndaşlığını dəyişərək Əlcəzair millisinin formasını geyinməyi seçib.

Zidanın oğlu hazırda “Qranada”nın şərəfini qoruyur. Əlcəzair millisi isə qrupda liderdir və mundiala vəsiqə qazanmaq üçün cəmi bir qələbəyə ehtiyacı var.

Bənzər xəbərlər