featured-image-6307

PSJ-nin prezidenti Nasser Əl-Xəlayfi bildirib ki, heç vaxt Zinəddin Zidanla danışıq aparmayıblar. Msport.az xəbər verir ki, “Goal.com” bu barədə məlumat yayıb. Zidanın Paris klubunun sükanı arxasına keçəcəyi deyilsə də, Kristof Qaltyeyə üstünlük verilib:

“Sizə bir şeyi deyə bilərəm ki, biz Zidanla heç danışmamışıq. Nə birbaşa, nə də üçüncü şəxslərin vasitəsi ilə kontakt olmayıb. Bir çox klublar onu dəvət etməkdə maraqlı idi, həmçinin, milli komandalar. Ancaq onunla heç vaxt danışmamışıq”,

Bənzər xəbərlər