“Zirə”də 2 itki – kapitan və hücumçu yoxdur
Premyer Liqanın XIII turunda Yevlaxda “Kəpəz”in qonağı olacaq “Zirə” oyuna itkilərlə çıxacaq.
Msport.az xəbər verir ki, komandanın kapitanı Qismət Alıyev ötən tur 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşdüyü üçün Yevlaxdakı qarşılaşmanı kənardan izləyəcək.
Hücumçu Davit Volkov isə zədə səbəbindən “Kəpəz”ə qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, “Kəpəz” – “Zirə” qarşılaşması noyabrın 28-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.







