featured-image-37736

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 8-ci turunda səfərdə “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı təşkil edib.

Msport.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırmazdan əvvəl oyun haqda ümumi fikirlərini bölüşüb:

– Çox yaxşı oynadıq. Əvvəldən sona kimi oyuna nəzarət edən tərəf biz idik. Layiqli qələbə qazandıq. “Araz-Naxçıvan”a təsadüfdən məğlub olmuşduq. Həmin matçdan sonra inkişaf var. Hücumda bir az çatışmazlıq var. Bunu aradan qaldırmağa çalışacağıq.

– Müdafiədə də problem görünür. Bunu aradan qaldırmaq üçün hansı addımları atacaqsınız?
– Müdafiəçilərimiz bu gün yaxşı oynadı. 70 dəqiqə ərzində rəqibə qol epizodu vermədik. Deyə bilmərik ki, 90 dəqiqə ərzində rəqib qapımızın qarşısında təhlükəli vəziyyət yaratmayacaq. Futbolçulardan razı qaldım. Onları təbrik edirəm.

– Yuri Matiasın yoxluğunda müdafiənin performansını necə dəyərləndirirsiz?
– Vacib olan məqam o idi ki, Matiası layiqincə əvəz edən oyunçu olsun. Höccət çox yaxşı oyun nümayiş etdirdi. Qarşıdakı matçlarda kimi meydana buraxmaqda çətinlik çəkəcəyəm. “Zirə”dən sonra ən yaxşı müdafiə xətti bizdədir.

– Höccət haqverdinin doğma mövqeyi hansıdır?
– Baxır qarşısına qoyduğun nəticəyə. Hücumda yaxşı deyil. Müdafiə keyfiyyətləri çox yaxşıdır.

– Tovuza ilk gəlişinizdir. Atmosfer necə idi?
– Çox möhtəşəm idi. İstərdik ki, bütün stadionlarda bu cür olsun. Azarkeşlərə demək istəyirəm ki, hər oyunda komandalarına belə dəstək versinlər.

– Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız. Bu görüş haqda fikirləriniz necədir?
– Əlbəttə böyük oyundur. Son matçda onlar da qələbə qazanıb, biz də. Hər iki komanda yaxşı formadadır.

Bənzər xəbərlər