featured-image-62115

“Zirə” futbolçusu Salifu Suma ilə mövsümün sonunda yollarını ayıracaq.

Msport.az “Africafoot”a istinadən xəbər verir ki, qvineyalı hücumçu yayda Avropanın başqa ölkəsinə yollanmaq niyyətindədir.

21 yaşlı forvard özünü daha yaxşı göstərə biləcəyi çempionata yollanmağı planlaşdırır. Hazırda ona Bolqarıstan, Fransa və İngiltərədən təkliflər var. Futbolçu özü Bolqarıstan variantına müsbət yanaşır. Çünki Sofiya MOİK-i daha konkret təkliflərlə onun və klubun qapısını döyüb.

Bildirilib ki, Bakı komandası forvardına 800 min avro qiymət qoyub ki, bu məbləği də yalnız bolqarlar ödəməyə razıdır. Fransanın “Qrenobl” və İngiltərə Çempionşipindəki klublar həmin məbləğin çox olduğunu düşünür.

Qeyd edək ki, Salifu Sumanın “Zirə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər