featured-image-80342

“Zirə” bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Msport.az xəbər verir ki, “qartallar” Gürcüstanda “Torpedo” ilə qarşılaşacaq.

Kutaisidəki “Şengeliya Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.  Bu komandalar arasında  ilk oyunda “Zirə” 3:0 hesabı ilə qələbə qazanıb.

Cütün qalibi növbəti mərhələdə “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

20:00. “Torpedo” (Gürcüstan) – “Zirə” (Azərbaycan)

Baş hakim: Mihali Kapray

İlk oyun – 0:3

Bənzər xəbərlər