"Zirə"nin futbolçusuna qırmızı vərəqə göstərilməli idi - De Bleker etiraf etdi - VİDEO
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.
Msport.az xəbər verir ki, belçikalı mütəxəssis “Zirə” – “Turan Tovuz” matçında hakimlərin səhvə yol verdiyini bildirib. Onun sözlərinə görə, 45-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Brahim Konateyə qırmızı vərəqə göstərməli idi.
Həmin epizodda baş hakim Əliyar Ağayev “Zirə”nin oyunçusuna əvvəlcə qırmızı vərəqə göstərsə də, VAR onu monitorun önünə dəvət etmişdi. FİFA referisi epizodu izlədikdən sonra qırmızı vərəqəni ləğv edib, Konateyə “sarı” göstərmişdi. Qeyd edək ki, həmin oyunda VAR-da İnqilab Məmmədov idi. Məmmədov “İmişli” – “Qəbələ” görüşündəki (2:2) kobud səhvdən sonra ilk dəfə idi ki, təyinat alırdı.







