featured-image-39503

AFFA  İntizam Komitəsi “Zirə”nin hücumçusu Vladislav Kulaça ağır cəza verib. Msport.az xəbər verir ki, ukraynalı forvard Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”la oyundakı (1:0) aqressiv davranışa görə 4 matçlıq diskvalifikasiya olunub.

Bundan başqa, “Zirə” klubu 3 min manat cərimə edilib. Xatırladaq ki, “Sabah”la qarşılaşmada Kulaç topsuz mübarizədə rəqib oyunçunun ayağına zərbə endirsə də, baş hakim Tural Qurbanov bunu görməmişdi. VAR-da olan Cavid Cəlilov isə epizodu qırmızı vərəqə kimi qiymətləndirməmişdi.

Sözügedən oyundan sonra “Sabah” tərəfi bəyanat vermiş və AFFA-ya hakimlikdən şikayət etmişdi. AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək isə CBC Sport-un efirində Kulaça qırmızı vərəqə verilməli olduğunu, ədalət təmsilçilərinin həmin anda səhvə yol verdiklərini etiraf etmişdi.

Bənzər xəbərlər