“Zirə”nin rəqibində ayrılıq
“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) komandası futbolçusu Natan Baltaksa ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Təl-Əviv təmsilçisi 26 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmayıb. İsrailli oyunçu son 5 mövsümü icarə əsasında müxtəlif klublarda keçirib.
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 – 28 iyulda olacaq. Rəşad Sadıqovun çalışdırdığı komanda ilk oyunu evdə, cavab görüşünü səfərdə keçirəcək.