featured-image-697

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə Bakıda hazırlıq keçən “Qəbələ”nin “Zirə” ilə qarşılaşacağı yoxlama matçının yeri dəyişdirilib.  

Msport.az xəbər verir ki, oyun sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Qəbələ” – “Zirə” oyunu saat 16:00-da başlayacaq. Öncədən matçın Zirədə olacağı planlaşdırılmışdı.

“Qəbələ” Premyer Liqada növbəti oyununu aprelin 3-də “Keşlə”yə qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.

Bənzər xəbərlər