featured-image-83504

Türkiyə I Liqasında 9-cu turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun çıxış etdiyi “Bursaspor” öz meydanında “Mardin 1969” klubu ilə qarşılaşıb.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Toral bu matçda ehtiyatda qalıb. “Bursaspor”un heyətində yeganə qolu İhenaço vurub. Bu, nigeriyalı hücumçunun bu mövsüm vurduğu 11-ci qol olub.

Bursa təmsilçisi 9 oyundan sonra 19 xalla turnir cədvəlində 2-ci yeri tutur.

Bənzər xəbərlər