featured-image-83478

Azərbaycan Premyer Liqasında 7-ci tura bu gün yekun vurulacaq.

Msport.az xəbər verir ki, “İmişli” Yevlaxda “Qarabağ”ı qəbul edəcək.  Hələ ki məğlubiyyəti olmayan Ağdam klubu 5 oyundan 13 xalla 3-cü yeri tutur. “İmişli” isə 4 xalla 9-cu pillədədir.

Turun son matçında  “Turan Tovuz” Sumqayıtda “Şəfa”nın qonağı olacaq. 11-ci pillədə olan paytaxt klubu bu oyunda qələbə qazanaraq autsayderlər zonasından uzaqlaşmağa çalışacaq.

11 oktyabr (bazar)

16:00. “İmişli” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev, Vüqar Həsənli (VAR), Zöhrab Abbasov (AVAR)
Yevlax şəhər stadionu

18:30. “Şəfa” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov, Nicat İsmayıllı (VAR), Müslüm Əliyev (AVAR)
“SOCAR Polymer Arena”

Turun digər oyunlarının nəticələri

“Araz-Naxçıvan” – “Kəpəz” – 0:2

“Neftçi” – “Sabah” – 0:0

“Sumqayıt” – “Qəbələ” – 4:1

“Zirə” – “Şamaxı” – 1:1

Bənzər xəbərlər