Vinçenzo Montella istefaya göndərildi - RƏSMİ
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella istefaya göndərilib.
Msport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
“Ay-ulduzlular” italiyalı mütəxəssisin rəhbərliyi altında DÇ-2026-da qrupdan çıxa bilmədi. UEFA Millətlər Liqasında isə Türkiyə yığması 4 oyunun hamısında uduzub.
Mətbuatın yazdığına görə, vakant posta ən real namizəd “Şaxtyor”un baş məşqçisi Arda Turandır. Onun bir müddət həm klubda, həm də millidə işləyəcəyi gözlənilir.







