featured-image-62373

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə” səfərdə “Turan Tovuz”a qalib gəlib.

Msport.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisinin heyətində Qismət Alıyev və İssa Cibrila fərqləniblər.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 42 xalla 4-cü, “qartallar” isə 48 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün “Şamaxı” səfərdə “Səbail”i, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” matçı ilə yekun vurulacaq.

Bənzər xəbərlər