featured-image-70748

Azərbaycan Premyer Liqasının VIII turunda “Sabah”ın qonağı olacaq “Zirə” meydana 7 itki ilə çıxacaq.

Msport.az xəbər verir ki, “qartallar”ın futbolçuları müxtəlif səbəblərdən paytaxt derbisində olmayacaq.

Ayron Qomis cəzalı durumdadır. Abdul Aziz Batibiye və Vinsent Tillin yoxluğu öncədən bəlli idi. İssa Cibrila, Ceyhun Nuriyev, Davit Volkov və İsmayıl İbrahimli isə zədə səbəbindən “Sabah”a qarşı matçda iştirak etməyəcəklər.

Qeyd edək ki, “Sabah” – “Zirə” görüşü oktyabrın 19-da keçiriləcək.

Bənzər xəbərlər