“Zirə” son dəqiqələrdə buraxılan qolla uduzdu
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” II təsnifat mərhələsində ilk oyuna çıxıb.
Msport.az xəbər verir ki, Bakı klubu Estoniyanın “Payde” komandasının qonağı olub.
Pyarnu şəhərində yerləşən “Pyarnu Rannastaadion”da keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Payde” qələbə qolunu 87-ci dəqiqədə vurub.
Komandalar arasında cavab oyunu iyulun 30-da “SOCAR Polymer Arena”da keçiriləcək.







