featured-image-71054

Premyer Liqanın IX turunun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” “Zirə”nin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Brahim Konate vurub. Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Bakı klubu üçüncü pillədə qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisi 14 xalla altıncıdır.

Günün ilk görüşündə “Sabah” “Araz-Naxçıvan”la heç-heçə edib – 2:2.

Qeyd edək ki, ötən gün “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” isə “Kəpəz”i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.

Bənzər xəbərlər