"Zirə" Sumqayıtda 3 cavabsız qolla qalib gəldi
Azərbaycan Premyer Liqasında XXIII tura bir oyunla start verilib.
Msport.az xəbər verir ki, “Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə” bu qələbədən sonra turnir cədvəlində 42 xalla üçüncü pillədə yer alıb. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin isə 22 xalı var.
Qeyd edək ki, XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq.