featured-image-41583

Qış transfer dönəmində “Zirə”ni tərk edən ilk futbolçunun adına aydınlıq gəlib.

Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi ukraynalı hücumçu Vladislav Kulaçla vidalaşıb.

Bu barədə “Sport.ua” nəşri məlumat yayıb.

Ötən ilin əvvəlində paytaxt təmsilçisi ilə 1,5 illik müqavilə imzalamış 30 yaşlı forvard azad agent statusu alıb.

Bənzər xəbərlər