featured-image-81365

Xorvatiya millisinin sabiq baş məşqçisi Zlatko Daliçin yeni iş yeri məlum olub.

Msport.az xəbər verir ki, o, bundan sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasını çalışdıracaq.

Daliç bu vəzifədə may ayında istefaya göndərilən Kosmin Olaroyunu əvəzləyib. Rumıniyalı mütəxəssislə yollar DÇ-2026-nın seçmə mərhələsindəki uğursuzluqdan sonra ayrılıb.

Qeyd edək ki, Daliç 9 il çalışdırdığı Xorvatiya millisindən bu ilin iyulunda ayrılıb. Onun rəhbərliyi altında komanda DÇ-2018-in gümüş, DÇ-2022-nin bürünc medalını qazanıb. Xorvatiya həmçinin 2022/23 mövsümündə Millətlər Liqasını ikinci pillədə başa vurub.

Xorvatiya DÇ-2026-da isə 1/16 finalda Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Bənzər xəbərlər