featured-image-33709

Stanislav Çerçesov Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi postundan istefaya göndərilib.

Msport.az xəbər verir ki, rusiyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda evdə Farer Adalarının “Klaksvik” klubuna 0:3 hesabı ilə uduzaraq turnirdəki çıxışını başa vurub.

59 yaşlı mütəxəssis 2021-ci ilin dekabr ayından Budapeşt klubuna rəhbərlik edirdi. Komanda onun dövründə bu iki dəfə Macarıstan çempionatının, bir dəfə isə Macarıstan kubokunun qalibi olub.

Bənzər xəbərlər