featured-image-65103

“Əl-İttihad” Səudiyyə Ərəbistanının çempionu olub.

Msport.az xəbər verir ki, Loran Blanın başçılıq etdiyi və heyətində Kərim Benzema, Nqolo Kante, Fabinyo kimi ulduzların çıxış etdiyi komanda 32-ci turda “Əl-Raed”i 3:1 hesabı ilə məğlub edərək çempionluğu vaxtından əvvəl təmin edib.

“Əl-İttihad” hazırda “Əl-Hilal”ı şəxsi oyunlardakı üstünlüyü sayəsində 6 xal qabaqlayır. Bu, “Əl-İttihad”ın son üç ildə ikinci, ümumilikdə isə 10-cu çempionluğudur. Səudiyyə Ərəbistanı çempionatında daha çox titul qazanan yalnız “Əl-Hilal”dır – 19 dəfə.

Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”in isə 9 çempionluğu var.

Bənzər xəbərlər