featured-image-65284

“Ayntraxt”ın hücumçusu Uqo Ekitike Avropa nəhənglərinin diqqət mərkəzindədir.

Msport.az xəbər verir ki, Bundesliqa təmsilçisi də 22 yaşlı futbolçunu saxlaya bilməyəcəyini başa düşür.

Çünki Frankfurt təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanmasına baxmayaraq, Ekitike karyerasını daha böyük klubda davam etdirmək arzusundadır. “Ayntraxt” isə fransalı forvardın transfer qiymətini 100 milyon avro dəyərində qiymətləndirib.

Qeyd edək ki, Uqo Ekitikenin almanlarla müqaviləsi 2029-cu ilin yayına qədərdir. O, cari mövsüm bütün turnirlərdə 48 oyuna çıxıb, 22 qol, 12 assistlə yadda qalıb.

Bənzər xəbərlər