featured-image-29892

Uqo Lyoris 11 il çıxş etdikdən sonra yayda “Tottenhem”i tərk edəcək. Msport.az xəbər verir ki, bu barədə “L`Equipe” nəşri xəbər yayıb.

Qapıçının London təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulsa da, klub ona yeni variantları nəzərdən keçirmək imkanı yaradacaq.

Mənbənin sözlərinə görə, 36 yaşlı futbolçu dünya çempionatından sonra çox incimiş görünür. O vaxt “Tottenhem”ə rəhbərlik edən Antonio Konte mundialdan cəmi 6 gün sonra qolkiperdən məşqlərə qayıtmağı tələb etmişdi.

Lyoris hələ ki karyerasını bitirməyi düşünmür.

Bir müddət əvvəl onun Səudiyyə Ərəbistanı klubundan yaxşı təklif alması barədə xəbər yayılmışdı. Qeyd edək ki, mayda zədələnən qapıçı mövsümün sonuna kimi sıradan çıxıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər