11 illik həsrətə son
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.
Msport.az xəbər verir ki, “Atletik” İspaniya La Liqasından bu turnirə vəsiqə qazanıb.
Bilbao klubu İspaniya çempionatının 36-cı turunda “Xetafe”ni 2:0 hesabı ilə məğlub edərək sona 2 tur qalmış “beşlik”dəki yerini rəsmiləşdirib. Ernesto Valverdenin komandası növbəti mövsüm artıq ÇL-də mübarizə aparacaq.
“Atletik” bununla 11 ildən sonra qitənin ən nüfuzlu klub turnirində iştirak hüququna yiyələnib. Komanda axırıncı dəfə 2014-15 mövsümündə bunu bacarıb.