featured-image-61481

İngiltərə Premyer Liqasının XV turundan təxirə salınmış oyununda “Everton”la (2:2) qarşılaşan “Liverpul”un start heyətində yerli futbolçu olmayıb.

Msport.az xəbər verir ki, 113 ildən sonra ilk dəfə “qırmızılar” ingilis futbolçu olmadan meydana çıxıb.

Komanda sonuncu dəfə 1912-ci ildə “Arsenal”la görüşdə bu addımı atmışdı. Həmin vaxt heyətdə yalnız şotlandiyalılar yer almışdı. “Everton”la dünənki görüşdə 9 fərqli ölkənin nümayəndəsi olub.

“Liverpul”un hücumçusu Məhəmməd Salah isə qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, turnirin 31 illik rekordunu yeniləyib. Belə ki, misirli forvard bir mövsümdə səfər oyunlarında “qol+ötürmə” sistemi üzrə 22 xal toplayan ilk futbolçu olub. Salah cari mövsüm keçirdiyi 13 oyunda 13 qol vurub, 9 məhsuldar ötürmə verib. 32 yaşlı forvard Endi Koulun “Nyukasl”ın heyətində 1993/94 mövsümündə müəyyənləşdirdiyi rekordu (21 xal) qırıb.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm bütün turnirlərdə keçirdiyi 35 oyunda 27 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər